Mojo.az Banner
23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

ABŞ-da Tarixi Qış Fəlakəti: Ölənlərin sayı artdı

29.01.2026 22:53 384
ABŞ-da Tarixi Qış Fəlakəti: Ölənlərin sayı artdı
ABŞ tarixində nadir rast gəlinən qış fəlakətlərindən birini yaşayır. Güclü qar fırtınası və kəskin soyuq hava ölkə üzrə həyatı demək olar ki, tam iflic edib.
 
Median.Az bildirir ki, həddindən artıq soyuq və əlverişsiz hava şəraiti nəticəsində azı 30 nəfər həyatını itirib. Xüsusilə Nyu-York şəhəri ağ örtüyə bürünərək diqqətçəkən mənzərələr yaratsa da, ölkə üzrə 550 mindən çox insan elektrik enerjisiz qalıb.
 
Tarixi xarakter daşıyan qar yağışı və rekord səviyyədə aşağı temperatur ABŞ-ın böyük hissəsini təsiri altına almaqda davam edir. Bəzi bölgələrdə qarın hündürlüyü 30 santimetri keçib, güclü qar və buzlanma səbəbindən nəqliyyatın hərəkəti dayanıb, çoxsaylı məktəblər müvəqqəti bağlanıb.
 
ABŞ Milli Meteoroloji Xidməti Pensilvaniyanın şimalında qar qalınlığının bəzi ərazilərdə 50 santimetrə çatdığını, hiss edilən temperaturun isə mənfi 31 dərəcəyədək endiyini açıqlayıb.

Missisipi ştatında isə 1994-cü ildən bəri ən güclü qar fırtınası qeydə alınıb. Fəlakətdən sonra əhali üçün xüsusi “istiləşmə mərkəzləri” yaradılıb. Ştat üzrə evlər, iş yerləri və yollar ciddi zərər görüb.

Səlahiyyətlilər bildiriblər ki, ölüm halları əsasən yol qəzaları, qar təmizləyən texnikalarla baş verən hadisələr və uzun müddət soyuğa məruz qalma səbəbindən qeydə alınıb. Ölkə ərazisinin təxminən üçdə ikisini əhatə edən soyuq dalğanın yaxın günlərdə də davam edəcəyi gözlənilir.

Elektrik kəsilmələrini izləyən onlayn platformaların məlumatına görə, hazırda 554 mindən çox abonent işıqsız qalıb. Uçuş izləmə sistemləri isə ölkə daxilində 12 mindən artıq reysin ləğv edildiyini və ya təxirə salındığını göstərir.

Meteoroloqlar çovğunun bir neçə gün davam edəcəyini, daha sonra isə çox aşağı temperatur, güclü buzlanma və təhlükəli yol şəraitinin yaranacağını bildirərək əhalini ehtiyatlı olmağa çağırıblar.скачать dle 11.3
Mojo.az Banner