Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Reklamlarda uşaqlarla bağlı dəyişiklik nə vəd edir? – RƏSMİ

29.01.2026 21:40 495
Reklamlarda uşaqlarla bağlı dəyişiklik nə vəd edir? – RƏSMİ
Azərbaycanda yeni hazırlanan "Uşaq hüquqları haqqında" qanun layihəsindən irəli gələrək "Reklam haqqında" qanuna yeni maddənin əlavə edilməsi təklif olunur. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində müzakirəyə çıxarılan dəyişiklikdə qeyd olunub ki, reklamda uşağın görüntüsü əks olunan materiallardan yalnız onun valideynlərinin (onları əvəz edən şəxslərin) razılığı ilə istifadə edilə bilər.
Qanuna dəyişikliyin əsas səbəbi nədir? Bu qadağa nə vəd edir?


Median.Az xəbər verir ki, mövzu ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Seymur Məmmədov bildirib ki, uşaq hüquqları haqqında qanun layihəsindən irəli gələrək uşaqların hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə digər qanunvericilik aktlarına uyğunlaşdırılma aparılıb.
Onun sözlərinə görə, bu dəyişikliklərdən biri də “Reklam haqqında” qanuna edilib:
“Cəmiyyətimiz uşaq hüquqlarının qorunmasını yalnız hüquqi deyil, həm də mənəvi məsuliyyət olaraq olaraq qəbul edir. Qanunvericilik bu məsuliyyətin ailə, cəmiyyət və dövlət arasında bölgüsünü formalaşdırıb.
Reklamda uşaqların görüntüsü ilə bağlı məhdudiyyətin tətbiqi uşağın özünün razılıq vermək iqtidarında olmaması, reklamın doğurduğu hüquqi nəticələri dərk edə bilməməsi və yayılmış görüntünün uzun müddət informasiya ehtiyatlarında qalması ilə bağlıdır.
Reklam kommersiya məqsədli olduğundan yayılmış görüntülər iqtisadi dəyərə çevrilir. Eyni zamanda uşağın şəxsi həyatına və toxunulmazlığına ziyan vura bilər və gələcəkdə sosial mühitdə həm yaşıdları tərəfindən ələsalmalar, bullinqə və başqa xoşagəlməz hallara məruz qalma riskini artırmış olur".
O bildirib ki, uşaqların görüntülərinin yayılması gələcəkdə reklamda həmin görüntülərdən sui-istifadə edilməsinə şərait yarada bilər.
"Bununla əlaqədar beynəlxalq təcrübə öyrənilərkən bir çox inkişaf etmiş ölkələrin hüquq sistemində oxşar yanaşmaların olduğu müşahidə edilib. “Fərdi məlumatlar haqqında” qanuna əsasən yetkinlik yaşına çatmayan şəxsin barəsində fərdi məlumatların toplanılmasına və işlənilməsinə qanuni nümayəndə razılığı əsasında yol verilir. Bu mənada "Reklam haqqında" qanunun 12-ci maddəsinə təklif edilmiş dəyişiklik reklamda uşaqların görüntüsünün yayılmasının onların valideynlərinin razılığı ilə həyata keçirilməsini şərtləndirir”, - S.Məmmədov vurğulayıb (Mənbə:Teleqraf)скачать dle 11.3
Mojo.az Banner