Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Aptekdən dərman alacaq şəxslərin NƏZƏRİNƏ - Bundan sonra...

29.01.2026 22:20 450
Aptekdən dərman alacaq şəxslərin NƏZƏRİNƏ - Bundan sonra...
Azərbaycanda apteklərin böyük əksəriyyətinin elektron sistemə keçməsi ilə vətəndaşlar artıq reseptlərini onlayn şəkildə izləyə və dərmanlarını kağız resept olmadan əldə edə bilirlər.

Median.Az-in məlumatına görə, hazırda tibb müəssisələrində reseptlər elektron qaydada verilir və həkimlər dərman təyinatlarını elektron resept sistemi vasitəsilə aparırlar.
 
Yeni sistemin əsas üstünlüklərindən biri vaxt itkisinin aradan qalxmasıdır. Əvvəllər vətəndaşlar resepti əlində gəzdirərək uyğun dərmanı tapmaq üçün bir neçə aptek dolaşmalı olurdusa, indi kodlaşdırılmış elektron reseptlə birbaşa yaxın aptekə müraciət edərək dərmanı vaxtında əldə edə bilirlər.
 
Elektron resept sistemi həkimə dərman yazarkən ölkə üzrə mövcud preparatlar, onların hansı apteklərdə olduğu və miqdarı barədə məlumat verir. Bu da həm həkim, həm də pasiyent üçün dərmanın tapılmasını xeyli asanlaşdırır. Xəstə əvvəlcədən bilir ki, təyin olunan dərman hansı aptekdə mövcuddur və resept kodu ilə həmin aptekdən dərmanı ala bilər.
 
Sistem həkimləri, tibb müəssisələrini və aptekləri vahid elektron platformada birləşdirir. Həkimlər pasiyentin əvvəl istifadə etdiyi dərmanları görə, yeni təyin olunan preparatların təsirini əvvəlkilərlə müqayisə edə bilirlər. Bu isə xəstə təhlükəsizliyinin artırılmasına və düzgün müalicə planının qurulmasına şərait yaradır.
 
Elektron reseptlər həkim–əczaçı əlaqəsini də asanlaşdırır. Əllə yazılan reseptlərdə rast gəlinən xəttin oxunmaması, dərman adlarının səhv başa düşülməsi və ya preparatların düzgün verilməməsi kimi risklər elektron sistemdə tamamilə aradan qalxır. Bütün məlumatlar sistemdə dəqiq və standart formada qeyd olunur.
 
Vətəndaşlar elektron reseptlərinə mobil telefon və ya internet üzərindən baxa, dərmanların əldə olunması prosesini daha rahat və şəffaf şəkildə həyata keçirə bilirlər. Qeyd edək ki, elektron resept sistemi səhiyyədə rəqəmsallaşmanın vacib tərkib hissəsi olmaqla, həm pasiyent məmnuniyyətini artırır, həm də dərman dövriyyəsinə nəzarəti gücləndirir./baku.wsскачать dle 11.3
Mojo.az Banner