İlham Əliyev və Mehriban Əliyeva ağac əkdilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:54 Bakıda "Formula-1"ə görə bağlanan bütün yollar açıldı  |     22:46 NATO-nun baş katibi Ukraynada sülhün başlıca şərtini açıqladı  |     22:46 NATO-nun baş katibi Ukraynada sülhün başlıca şərtini açıqladı  |     22:33 KİV: Tramp ikinci sui-qəsd cəhdinə baxmayaraq, seçki kampaniyasını davam etdirəcək  |     22:16 Britaniyalı supermodel: Bakı səfərim əla keçdi  |     22:07 ABŞ Gürcüstanın 4 vətəndaşına qarşı sanksiyalar tətbiq etdi  |     21:55 Azərbaycan Rusiyaya nota verdi  |     21:45 İki qardaş maşınlardan və terminaldan 14 min manat oğurladı - VİDEO  |     21:38 Sədərəkdə müəllim və şagirdlər yeni tədris ilində məktəbə velosipedlə gediblər  |     21:27 Moldovada Prezident Sandu canlı efirdə olarkən zəlzələ baş verib - VİDEO  |     21:13 Bu bürclərin atdığı hər addım şansla dolu olacaq  |     21:05 Qaynar çay içənlərə XƏBƏRDARLIQ: Dil xərçənginə səbəb olur  |     20:43 Gürcüstan - Rusiya sərhədi bağlanacaq  |     20:24 Ağdamda 18 yaşlı oğlan HƏMYAŞIDINI BIÇAQLADI  |     20:00 Rumıniyada zəlzələ baş verdi  |     19:13 Azərbaycanda ilk dəfə Halal Biznes Forumu keçiriləcək  |     18:51 "Milan"ın ulduzu dörd ay müddətinə yaşıl meydanlardan uzaq qalacaq  |     17:58 Putindən Rusiyanın Silahlı Qüvvələri ilə bağlı yeni fərman  |     17:13 Bəzi rayonlarda hava qeyri-sabit keçəcək, temperatur 3-6 dərəcə aşağı enəcək  |     16:41 Azərbaycan Tibb elminə ağır itki üz verib  |    

İlham Əliyev və Mehriban Əliyeva ağac əkdilər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dekabrın 6-da Şamaxı rayonunda keçirilən ağacəkmə aksiyasında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Ekologiya və Təbii sərvətlər naziri Muxtar Babayev aksiya barədə dövlətimizin başçısına və Birinci vitse-prezidentə məlumat verib.

Bildirilib ki, dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızın bütün ərazisini əhatə edən ağacəkmə aksiyası çərçivəsində ümumilikdə 83 şəhər və rayonda 37 növdə 650 min ağacın əkilməsi nəzərdə tutulur.

Ağacların hamısı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik təsərrüfatlarında yetişdirilib. Aksiya ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ağacların əkiləcəyi ərazilərin elektron xəritəsi hazırlanıb.

Şəhər və rayon icra hakimiyyətləri tərəfindən ərazilərdə müvafiq hazırlıq işləri görülüb. Əkiləcək ağacların becərilməsində damcılı suvarma sistemindən və suvarma kanallarından istifadə olunacaq.

Qeyd edilib ki, Şamaxı rayonundakı ağacəkmə aksiyasında 50 minədək ağacın əkilməsi nəzərdə tutulub. Şamaxı şəhərinin girişindəki ərazidə keçirilən aksiyada isə 5 min ağac əkilib. Bu ərazinin relyefinə uyğun olaraq burada əsasən tuya və Eldar şamı ağacları əkilib.

Burada əkilən ağaclar ilə “Nəsimi 650” yazısı formalaşdırılacaq. Aksiyada 300-dək şamaxılı gənc və könüllü ilə yanaşı, IDEA İctimai Birliyinin və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin üzvləri də fəal iştirak ediblər.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ağac əkiblər.

Sonda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva aksiyada iştirak edən gənclərlə xatirə şəkilləri çəkdiriblər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 559 06.12.19 14:10