Bu gün Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə 650 min ağac əkiləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib  |     22:36 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib  |     22:15 Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi  |     21:56 Xeyrullah Hümbətov vəfat etdi  |     21:45 Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb  |     21:28 Bu şəxslərin əmək haqları artırıldı  |     21:17 Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub  |     21:05 ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib  |     20:51 Dünyanın ən dərin quyusu Çində qazılır: Məqsəd nədir?  |     20:36 ABŞ yeni ballistik raketləri sınaqdan keçirib  |     20:29 COP28-in baş danışıqçısı: Qlobal biomüxtəlifliyin itkisi ilə birlikdə mübarizə aparılmalıdır  |     19:46 Həbib və Konor yenidən qarşılaşacaq - Gözlənilən görüş  |     19:26 Narkotikin təsiri altında qəza törədən aktyor 5 il həbs oluna bilər  |     19:21 İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək  |     19:14 Türkiyəli nazir müavini COP29-a qatılıb  |     19:01 Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak etdi  |     18:53 BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi  |     18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     18:22 "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər  |    

Bu gün Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə 650 min ağac əkiləcək

Bu gün Azərbaycanda ağacəkmə kampaniyasına start veriləcək.

Ölkədə 650 min ağac əkiləcək.

Ağacların əkiləcəyi ərazilərin xəritəsi hazırlanıb. Xəritə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, Azərbaycanın bütün regionlarını əhatə edir. Ağacların böyük hissəsi magistral yolların kənarında əkiləcək. Ən çox bal verən nektar ağaclarının əkilməsinə üstünlük veriləcək.

Məqsəd dahi şair İmadəddin Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılmasıdır.

Ağacəkmə kampaniyasında ictimai xadimlər, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların əməkdaşları iştirak edəcək.

Ağac əkiləcək bütün ərazilərdə torpaq hazırlıq işləri başa çatıb, çalalar qazılıb, əkiləcək ağac tingləri ərazilərə gətirilib.

Dahi şair İmadəddin Nəsiminin yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü ilə bağlı keçiriləcək kampaniya bütün regionları əhatə edəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 094 06.12.19 12:39