Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb.
Müraciətdə deyilir:
“Hörmətli Vladimir Vladimiroviç,
Zabaykalyedə yol-nəqliyyat hadisəsi nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi.
Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərərçəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm”.