İlham Əliyev Vladimir Putini təbrik etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:49 Sel suları Xaçmaz-Quba yolunda avtomobillərin hərəkətini çətinləşdirib  |     20:40 Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib  |     20:26 Pakistanda yol qəzası baş verib, 14 nəfər ölüb  |     20:20 BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir  |     20:13 Rusiya XİN: Fransanın dənizaşırı ərazilərdəki siyasəti dalana dirənib  |     20:04 Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb  |     19:59 Azərbaycanın həndbol millisi Özbəkistandakı turnirdə üçüncü qələbəsini qazanıb  |     19:52 Qara dənizdə gəmi batıb  |     19:48 Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib  |     19:46 Sabah Azərbaycan və İran “Qız Qalası” hidroqovşağını işə salacaq  |     19:40 Göyçayda arxın kənarını təmizləyən şəxs yerə yıxılaraq ölüb  |     19:33 Azərbaycan Latviya muzeyinə xalça hədiyyə edib  |     19:25 Azərbaycan çempionatında möhtəşəm qol vuruldu - VİDEO  |     19:10 Rusiya Ukraynada yaşayış məntəqəsində nəzarəti ələ alıb  |     18:58 Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb  |     18:24 Qırmızı dənizdə tanker raketlə vurulub  |     17:57 Putin Tokayevlə danışdı  |     17:26 2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək  |     17:15 Azərbaycanlı şair vəfat edib  |     16:56 Bakıda "kokain" və "ekstazi" həblərini satmaq istəyən şəxs saxlanılıb - FOTO  |    

İlham Əliyev Vladimir Putini təbrik etdi

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.

Dövlət başçısı Vladimir Putini ad günü münasibətilə səmimi qəlbdən təbrik edib, ona Rusiya dövlətinin və xalqının tərəqqisi naminə prezidentlik fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident Vladimir Putin göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları bu yaxınlarda keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun növbəti iclasının əhəmiyyətinə toxunaraq, Soçidə ölkə başçıları arasında aparılan danışıqların strateji tərəfdaşlığa əsaslanan ikitərəfli dostluq münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə töhfə verdiyini vurğulayıb, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.

Söhbət zamanı Prezident İlham Əliyev və Prezident Vladimir Putin ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi ilə bağlı və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 197 07.10.19 14:58