Su ilə bağlı QADAĞA » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:43 10 qəpikdən domino oynadılar - 3 min manat cərimələndilər  |     22:26 Bu ölkə Netanyahunu həbs etməyəcək  |     22:24 Bakıda tələbə yataqxanaları: Qiymətlər neçəyədir?  |     22:13 "Roşka" ləqəbli Tiktoker saxlanılıb  |     21:48 Azərbaycanda dəhşətli qəza: Çox sayda hərbçi HƏLAK OLDU - Hadisə yerindən GÖRÜNTÜLƏR (FOTO)  |     21:43 "Şlyapa Zahid" məhkəmədə bankın xəzinədarları ilə üz-üzə gəldi  |     21:25 Tokayev və Putin yeni dünya nizamı şəraitində strateji əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəlib  |     21:04 Ermənilər bu dəfə Şövkət Ələkbərovanın mahnısını oğurlamaq istədi  |     20:49 37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri göndərildi  |     20:28 İdmançılarımız Özbəkistanda 3 qızıl medal qazanıblar  |     20:15 Rusiya ordusu Ukraynada daha bir yaşayış məntəqəsini nəzarətə götürüb  |     19:55 Şarl Mişel noyabrın 29-da tutduğu postu Antonio Kostaya təhvil verəcək  |     19:42 Levandovski Çempionlar Liqasında 100-dən çox qol vuran üçüncü futbolçu olub  |     19:27 Keçmiş vəkil Elman Paşayev dələduzluqda təqsirini etiraf etməyib  |     19:05 DİQQƏT! 160-a yaxın avtobusun dayanacaq yeri DƏYİŞDİRİLDİ  |     18:51 Zaxarova: "Rusiya Yunanıstandan Ermənistana silah ixracı üzrə sorğu almayıb"  |     18:47 "Yar gəldi yar" mahnısının erməni musiqi nümunəsi kimi təqdim olunmasının qarşısı alındı  |     18:40 Bərdədə qanunsuz olaraq əldə etdiyi avtomatı satmaq istəyən şəxs ələ keçdi  |     18:31 Əfqanıstanda qadınlar üçün qəhvəxanalar qapadılıb  |     18:22 Bərdədə bank əməkdaşı həbs edildi: 3,5 milyonluq mənimsəmə  |    

Su ilə bağlı QADAĞA

Azərbaycanda yanğından mühafizə ehtiyacları üçün götürülən sudan və bu suyun saxlanıldığı obyektlərdən təyinatdankənar istifadə edilməsi qadağan edilib.

Bununla bağlı Prezident İlham Əliyev Su Məcəlləsinə dəyişikliyi təsdiq edib.

Belə ki, Məcəllənin 80-ci (Su obyektlərindən yanğından mühafizə ehtiyacları üçün istifadə) maddəsinə edilən əlavədə qeyd olunub ki, yanğından müdafiə ehtiyacları üçün götürülən sudan və bu suyun saxlanıldığı obyektlərdən təyinatdankənar istifadə edilməsi qadağandır.

Dəyişikliyə əsasən, yanğından mühafizə ehtiyacları üçün bütün su obyektlərindən tələb olunan həcmdə və ödənişsiz su götürülməsinə yol verilir. Hazırda qüvvədə olan hissə isə belədir: "Yanğından mühafizə ehtiyacları üçün bütün su obyektlərindən su götürülməsinə yol verilir".

Digər dəyişikliklə su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində dövlətin vəzifələri artırılıb. Sudan istifadəyə görə güzəşt və azadolmalar yalnız təbii su mənbələrindən aşağıdakı məqsədlərlə götürülən suya görə tətbiq edilir:

1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən orqanın emal edilməmiş su ilə təmin edilməsi,

2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən içməli su təchizatı,

3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən elektrik enerjisinin istehsalı üçün sudan istifadə edilməsi.

Qeyd edilib ki, bu layihə təbii su mənbələrindən götürülən suya görə güzəşt və azadolma hallarını müəyyən etmək, o cümlədən su obyektlərindən yanğından mühafizə ehtiyacları üçün istifadənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Sudan istifadəyə görə güzəşt və azadolmaların tətbiqi yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar üçün nəzərdə tutulur və emal olunmamış sudan istifadə edən orqanların su mənbələrindən haqq ödəmədən və ya güzəştlə su əldə etməsinə, nəticədə göstərilən xidmətin rentabelliyinin artırılmasına, sudan enerji mənbəyi kimi istifadənin (alternativ enerjinin) stimullaşdırılmasına, eləcə də istilik elektrik stansiyalarının daha səmərəli şərtlərlə su əldə etməsinə yönəlib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 453 13.09.19 20:04