Median.Az xəbər verir ki, Nəsimi RPİ-nin 19-cu polis şöbəsinə müraciət edən Bakı şəhər sakini Ş.Sadıxlı 2 naməlum şəxsin onu döyüb 60 manat pulunu aldığını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Q.Soltanov və Sumqayıt şəhər sakini R.İsrafilov saxlanılıblar.
Nəsimi RPİ İstintaq şöbəsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.