Median.Az xəbər verir ki, Yasamal RPİ 29-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini F.Aşurluya məxsus “VAZ-2121” markalı avtomobili qaçıran R.Əliyev saxlanılıb.
Araşdırma zamanı, onun müəssisələrin birinin anbarından 72 ədəd su sayğacı oğurlaması məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb.