Median.Az xəbər verir ki, sentyabrın 3-də Binəqədi rayonu ərazisindəki kafedən Saatlı rayon sakini Əflan İsgəndərovun bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Binəqədi RPİ 7-ci polis bölməsinə məlumat daxil olub.
Səhərisi gün cinayəti törədən Daşkəsən rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş T.İsmayılov könüllü Binəqədi RPİ 4-cü polis şöbəsinə gələrək, istintaqa təslim olub.
Binəqədi rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.