Median.Az xəbər verir ki, DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı RPİ 31-ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evdən 600 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Y.Əliyev saxlanılıb.
Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.