Median.Az xəbər verir ki, DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı RPİ 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 2 evdən pul, qızıl və məişət əşyaları oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş X.Vəliyev saxlanılıb.
Buindan başqa, Xətai RPİ 37-ci polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki evdən 50 manat pul və 300 manat dəyərində qızıl üzük oğurlayan
Bakı şəhər sakini V.Novruzov saxlanılıb.
Binəqədi RPİ 6-cı polis bölməsinin əməkdaşları tərəfindən rayon ərazisindəki evdən 2 ədəd xalça və qab-qacaq oğurlayan Sumqayıt şəhər sakini H.Əhmədov saxlanılıb.
Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.