Bakıda Səudiyyə Ərəbistanı vətəndaşları oğurluğun qurbanı olub.
Bu barədə oxu.az-a Səbail Rayon Polis İdarəsindən bildirilib.
Belə ki, avqustun 28-də, saat 21:10 radələrində 1996-cı il təvəllüdlü Badir Səidan Nəib Ələshaibani və Feysəl Həyf Cəmal Əlqəhtani Nigar Rəfibəyli küçəsində gəzərkən naməlum şəxs Cəmalın əlindən çantasını qopararaq hadisə yerindən uzaqlaşıb.
Turistlərin polisə verdiyi məlumata əsasən, çantada 100 manat, 100 dollar və 200 real olub.
Səbail RPİ 9-cu polis bölməsinin apardığı operativ-axtarış tədbirləri nəticəsində Bakı sakini, 1996-cı il təvəllüdlü Miriyev Ağarəhim Şahin oğlu saxlanılıb.
Fakt üzrə cinayət işi açılıb, istintaq davam edir.