Median.Az xəbər verir ki, avqustun 24-də Mərdəkan qəsəbəsində yaşayan V.Allahverdiyevanın həyətinə girən naməlum şəxsin, ona yumruqla xəsarət yetirməsi, evdən 1800 manat pul aparması barədə Xəzər RPİ 1-ci polis şöbəsinə müraciət daxil olub.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə sakini, əvvəllər məhkum olunmuş C.Rizvanov saxlanılıb.
Bundan başqa, Binəqədi RPİ 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində A.Lujanskini bıçaqla hədələyib quldurluq yolu ilə mobil telefonunu alan Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş M.Əzimov saxlanılıb.
Faktlarla bağlı CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işləri başlanılıb.