"İntepol" daha bir Azərbaycan vətəndaşı barədə axtarış elan edib.
Median.Az Trend-ə istinadən bildirir ki, 1969-cu il təvəllüdlü Vaqif Kərimov narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilir.
İstintaq orqanı V.Kərimov barədə cinayət işi başlasa da, təqsirləndirilən şəxs istintaqdan yayınıb.
Nəticədə, onun barədsində məhkəmə tərəfindən həbs qəti-imkan tədbiri seçilib.
İstintaqdan yayınan V.Kərimov "İnterpol" xətti ilə beynəlxalq axtarışa verilib.