Bakının Xəzər rayonunda 17 yaşlı oğlan bıçaqlanaraq ağır xəsarət alıb.
Median.Az-ın oxu.az-a istinadən verdiyi xəbərə görə, Binə qəsəbəsi Südçülük sovxozu ərazisinndə yaşayan 2002-ci il təvəllüdlü Quliyev Azər Arif oğlu naməlum şəxslər tərəfindən bıçaqlanıb.
O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. A.Quliyevə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.