Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirməklə ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olmaqda təqsirləndirilən Sahib Nadirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Median.Az xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxış iclası avqust ayının 28-də keçiriləcək.
Qeyd edək ki, hadisə bu ilin iyun ayında Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində baş verib. Cəlilabad rayon sakini, 24 yaşlı Faiq Cəfərov qarın nayihəsindən bıçaq yaraları alıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.
Qətli törətməkdə şübhəli bilinən Sahib Nadirov polis tərəfindən saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham verilib.