Median.Az xəbər verir ki, Nəsimi RPİ 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 6-da rayon ərazisindəki mağazadan 480 manat pul və mobil telefon oğurlayan Sabirabad rayon sakini T.Hüseynova saxlanılıb.
Bundan başqa, 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən aprelin 19-da rayon ərazisində 2 avtomobildən mobil telefon oğurlayan Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş R.Rəhimov saxlanılıb.
Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.