Median.Az xəbər verir ki, Suraxanı RPİ 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 4-də Bakı şəhər sakini M.Ağazadənin mobil telefonunu və tələbə biletini soyğunçuluq yolu ilə alan paytaxt sakini Ü.Bayramlı saxlanılıb.
Suraxanı RPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.