Median.Az xəbər verir ki, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 30-da rayon sakini olan qadına zor tətbiq edib, içərisində 50 manat və mobil telefon olan pul kisəsini soyğunçuluq yolu ilə ələ keçirən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Hüseynov saxlanılıb.
Faktla bağlı CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.