İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin əkini ilə məşğul olmaqda şübhəli bilinən rayonun Vəng kənd sakini 27 yaşlı İsmayıl Məmmədov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, davam etdirilən tədbirlərlə rayonun Ruşan kəndindəki meşəlik ərazidə İ.Məmmədov tərəfindən xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən ümumi çəkisi 6 kiloqrama yaxın 13 ədəd çətənə bitkisi aşkar edilib.
Faktla bağlı İsmayıllı RPŞ-də araşdırma aparılır.//milli.az