Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə rayonun Lənbəran kəndi ərazisində baş verib.
Belə ki, kənd sakinləri - 1957-cü il təvəllüdlü Şəmsəddin Səlimovla 1957-ci il təvəllüdlü Elman Qasımov əkin sahəsində mübahisə ediblər.
Torpaq üstündə düşən dava qanla bitib. Hadisə zamanı Ş.Səlimov üstündə olan bıçaqla qonşusu E. Qasımovun kürəyindən bir bıçaq zərbəsi endirib.
Yaralı E.Qasımov xəstəxanada tibbi yardım aldıqdan sonra xəstəxananı özbaşına tərk edərək Bərdə şəhəri ərazisində (Köhnə bazar adlanan ərazidə) ona xəsarət yetirən Ş.Səlimovu tapıb və qisasını almaq üçün onun ayağına bıçaq xəsarəti yetirib.
Hər iki yaralı rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
/oxu.az/