Bakının Nərimanov rayonunda güllələnmə hadisəsinin təfərrüatı məlum olub.
Rasim Muxtarov küçəsi 43 ünvanında iki dost birlikdə yeyib-içdikdən sonra mübahisə ediblər.
Dostunun ov tüfəngindən açdığı atəş nəticəsində 1993-cü il təvəllüdlü Sədiyev Ziyadxan Rafiq oğlu sol ayağından yaralanıb.
Cinayəti törətməkdə şübhəli bilinən, adı açıqlanmayan şəxsi hüquq-mühafizə orqanları saxlayıb.
Faktla bağlı araşdırma aparılır.