Median.Az xəbər ki, Sumqayıt ŞPİ 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini İ.Atayevdən 455 qram marixuana götürülüb.
Bundan başqa, Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən Bakı şəhər sakini C.Fərzəliyevin şəhər ərazisində kirayədə yaşadığı evin həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 5 ədəd çətənə kolu aşkar edilib.
Ağstafa RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Y.Cəfərovdan 473 qram marixuana götürülüb.
Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Yuxarı Axtaçı kənd sakini İ.Əhmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 2 ədəd çətənə kolu, yaşadığı evə baxış zamanı müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkar edilib.
Faktlarla bağlı araşdırmalar aparılır.