Median.Az xəbər verir ki, daxil olan məlumat əsasında Şabran RPİ-nin əməkdaşları tərəfindən Bakı şəhər sakini E.Məmmədovdan 30 ədəd tramadol həbi götürülüb.
Saxlanılan şəxsin həbləri Bakı şəhərindəki apteklərin birindən satın alması müəyyən edilib.
Həmin aptekə baxış zamanı oradan 280 ədəd tramadol həbi və 42 ədəd xırda sellofan bükümündə marqanes aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.