Median.Az xəbər verir ki, Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 29-da şəhər ərazisində yerləşən bazarda, şəhər sakini A.Cəfərovaya məxsus, içərisində 3360 manat və bankomat kartları olan pul kisəsinin soyğunçuluq yolu ilə ələ keçirən həmyerlisi, əvvəllər məhkum olunmuş S.Məmmədov saxlanılıb.
Yevlax RPŞ İstintaq bölməsində CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.