Median.Az xəbər verir ki, Oğuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Şirvanlı kənd sakini F.Mehdiyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 21 ədəd çətənə kolu və 54,65 qram marixuana aşkar götürülüb.
Bundan başqa, Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Çiraqlı kənd sakini İ.İbadovaya məxsus həyətyanı sahədə, həmkəndliləri X.İbadov və Q.Dəmirov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 36 ədəd çətənə kolu aşkar edilib.
Siyəzən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Yenikənd kənd sakinləri - Ə.Əliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd, F.Quliyevə məxsus həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilmiş 62 ədəd çətənə kolu aşkar edilib.
Ağstafa RPŞ-nin əməkdaşları tərəfindən Aşağı Göycəli kənd sakini H.Əzimova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 6 ədəd,
Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İstisu qəsəbə sakini N.Rüstəmova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 134 ədəd çətənə aşkar edilib.
Faktlarla bağlı cinayət işləri başlanılıb.