Median.Az xəbər verir ki, Nəsimi RPİ 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 28-də rayon ərazisindəki 3 mağazadan 135 manat pul, 2 ədəd mobil telefon və ətir oğurlayan Yardımlı rayon sakini olan yeniyetmə saxlanılıb.
Faktla bağlı CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.