Median.Az xəbər verir ki, Sabunçu RPİ 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 25-də rayon ərazisindəki marketdən kondisioner, spirtli içki və tütün məmulatı oğurlayan Tərtər rayon sakini E.Süleymanov və Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Əliyev saxlanılıblar.
Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.