Median.Az xəbər verir ki, Nizami RPİ 25-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 17-də rayon ərazisindəki klinikadan tibb avadanlıqları, santexnika ləvazimatları, 2 ədəd soyuducu, 10 ədəd radiator, 2 ədəd divan, 6 ədəd televizor və mikroskop oğurlayan Bakı şəhər sakinləri Ə.Əkbərov, A.Abduləliyev və S.Yarıyev saxlanılıblar.
Nizami RPİ İstintaq şöbəsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.