Median.Az xəbər verir ki, DİN Baş Cinayət Axtarışı İdarəsi və Suraxanı RPİ 30-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 27-də Bakı şəhər sakini olan qadının, içərisində mobil telefon, qızıl boyunbağı və açar olan çantasını oğurlayan paytaxt sakini R.Seyidov saxlanılıb.
Suraxanı RPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.