Median.Az xəbər verir ki, iyulun 27-də Mingəçevir şəhərində yerləşən çay evində, şəhər sakinləri K.Quliyev və R.Əliyev münaqişə zəminində həmyerliləri E.Hüseynova, V.İbrahimova və S.Səlimova bıçaqla xəsarət yetirib, “VAZ-2107” markalı avtomobildə hadisə yerini tərk ediblər.
Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində K.Quliyev və R.Əliyev saxlanılıblar.
ŞPŞ İstintaq bölməsində faktla bağlı cinayət işi başlanılıb.