Median.Az xəbər verir ki, Xızı RPŞ-nin əməkdaşları tərəfindən Bəyəhmədyurd kəndi ərazisində, kənd sakini F.Baxışovun kultivasiya yolu ilə yetişdirdiyi 51 ədəd çətənə kolu aşkar edilib.
Bundan başqa, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən Muğanlı kənd sakini E.Fərəcova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş
12 ədəd, Astara RPŞ əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində şəhər sakini E.Babayevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 7 ədəd, Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Çıraqlı kənd sakinləri X.İbadovun və Q.Dəmirovun həmkəndliləri İ.İbadovaya məxsus həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirdikləri 36 ədəd çətənə, Ucar RPŞ-nin əməkdaşları tərəfindən Əlikənd kənd sakini R.Cəbrayılova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 7 ədəd, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini N.Musayevə məxsus həyətyanı sahədən 16 ədəd çətənə kolu aşkar edilib.
Faktlarla bağlı araşdırmalar aparılır.