Səbail rayonunda 23 yaşlı oğlan bıçaqlanıb.
Hadisə Sabir bağının yaxınlığında baş verib.
1996-cı il təvəllüdlü Talıbov Kamran Akif oğlu bağın yaxınlığında tanımadığı şəxs tərəfindən bıçaqlanaraq xəsarət alıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
/oxu.az/