Median.Az xəbər verir ki, Nəsimi RPİ 20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 27-də vətəndaş Ş.Əliyevanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən “Opel” markalı avtomobilin sürücüsü, Abşeron rayon sakini Ə.Abdullayev saxlanılıb.
Bundan başqa, DİN Baş İstintaq Təhqiqat İdarəsi və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 25-də vətəndaş G.Mahmudovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən “VAZ-2107” markalı avtomobilin sürücüsü, Xaçmaz rayon sakini Ş.Məmmədov saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.