Median.Az xəbər verir ki, Nəsimi RPİ 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 27-də Bakı şəhər sakini Ş.Quliyevə küt alətlə xəsarət yetirib, 350 manat pul və mobil telefonunu quldurluq yolu ilə ələ keçirən paytaxt sakinləri İ.Qurbanov, E.Bəhmənli, Şəki şəhər sakini A.Əliyev və Gəncə şəhər sakini F.Məmmədov saxlanılıblar.
Araşdırma zamanı, İ.Qurbanovun və F.Məmmədovun daha bir vətəndaşı döyüb, 50 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə almaları
müəyyən edilib.
Nəsimi RPİ İstintaq şöbəsində CM-nin 181.2.1-ci (quıdurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.