Median.Az xəbər verir ki, Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 25-də rayon sakini Ə.Dadaşova məxsus 42 baş qoyunu oğurlayan şəhər sakinləri N.Ağayev, Q.Quliyev və İ.Kərimov saxlanılıblar.
RPŞ İstintaq bölməsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.