Median.Az xəbər verir ki, Binəqədi RPİ 4-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 26-da rayon ərazisindəki evdən 750 manat pul oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Məmmədov saxlanılıb.
Bundan başqa, Binəqədi RPİ 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 12-də rayon ərazisindəki
evdən 400 manat və 100 dollar oğurlayan paytaxt sakini olan yeniyetmə saxlanılıb.
Faktlarla bağlı CM-nin 177-ci (oğuluq) maddəsi ilə cinayət işi başlanılıb.
-