Median.Az xəbər verir ki, Binəqədi RPİ 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 1-dən 21-dək olan müddətdə, rayon ərazisində 6 avtomobildən pul və mobil telefon oğurlayan Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov saxlanılıb.
Binəqədi RPİ İstintaq şöbəsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.