İmişli rayonunda qətl törədilib.
Median.Az APA-ya istinadən xəbər verir ki, iyulun 20-də İmişlinin Çaxırlı kəndində törədilmiş cinayətin təfərrüatları üzə çıxıb.
Məlum olub ki, 1969-cu il təvəllüdlü Verdiyev Polad Ərşad oğlunu qohumu qətlə yetirib. Belə ki, onu Füzuli rayonundan məcburi köçkün 1959-cu il təvəllüdlü İsayev Qərib Bahadır oğlu dəmir parçası ilə qətlə yetirib və daha sonra meyitini gölə atıb.
Hazırda meyitin sudan çıxarılması istiqamətində axtarış tədbirləri görülür.
Hadisəni törətmiş şəxs tutulub.