Median.Az xəbər verir ki, Xəzər RPİ 1-ci polis şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat tədbiri nəticəsində Mərdəkan qəsəbə sakini S.Şamxalova məxsus həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirilmiş 15 ədəd çətənə kolu aşkar ediblər.
Bundan başqa, Balakən RPŞ əməkdaşlarının əməliyyat tədbiri nəticəsində Gərəkli kənd sakini, əvvəllər məhkum olunmuş M.Dibirova məxsus həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirilmiş 41 ədəd çətənə kolu, habelə həmin ərazidən 218 qramdan artıq marixuana aşkar edilib.
Ağdaş RPŞ əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində Dəhnəxəlil kəndi ərazisində, kənd sakini E.Rəsulov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 39 ədəd çətənə kolu aşkar edilib.
Faktlarla əlaqədar cinayət işləri başlanılıb.