Median.Az xəbər verir ki, iyulun 25-də Bakı şəhər sakini F.Həsənov Yasamal RPİ 29-cu polis şöbəsinə müraciət edib, saat 9 radələrində rayon ərazisindəki avtoyuma məntəqəsindən “Audi” markalı avtomobilinin qaçırılmasını bildirib.
DİN Təhlükəsiz Şəhər Xidməti, Baş Dövlət Yol Polisi İdarəsi və Binəqədi RPİ 6-cı polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçıran Göyçay rayon sakini Ə.Abbasov Biləcəri qəsəbəsinin ərazisində avtomobillə birlikdə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.