Median.Az xəbər verir ki, DİN-in Təhlükəsiz Şəhər Xidməti və Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 22-də rayon ərazisindəki evin həyətyanı sahəsindən 18 baş qoyunu oğurlayan Kəbirli kənd sakinləri E.Musayev, M.Mirzəliyev və Bakı şəhər sakini E.Abbasov Binəqədi rayonunun ərazisində tutulublar.
Araşdırma zamanı E.Abbasovun və E.Musayevin, iyunun 30-na keçən gecə rayon ərazisindəki daha bir evin həyətyanı sahəsindən 5 baş qoyun oğurlamaları məlum olub.
Ağcabədi RPŞ İstintaq bölməsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.