Bakıda növbəti pedofiliya faktı qeydə alınıb.
Bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat veriblər.
62 yaşlı qadın Yasamal rayonunda 27-ci Polis bölməsinə şikayət edərək bildirib ki, Səbuhi adlı şəxs 15 yaşlı oğluna qarşı seksual xarakterli hərəkətlər etməyə çalışıb.
Onun sözlərinə görə, pedofil iyrənc niyyətini iyulun 24-ü saat 18:00-da Abdulla Şaiq küçəsindəki 168 nömrəli evin yaxınlığında yerləşən qarajda həyata keçirməyə cəhd edib.
Polis əməkdaşları hazırda ehtimal edilən pedofilin aşkarlanması və onun cinayət məsuliyyətinə cəlb edilməsi üzrə tədbirlər görürlər.