Median.Az xəbər verir ki, Samux RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 23-də rayon ərazisindəki evdən 800 manat, 3 ədəd mobil telefon və qızıl-zinət əşyaları oğurlayan Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş İ.İsayev saxlanılıb.
Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.