Median.Az xəbər verir ki, Suraxanı RPİ 32-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 25- və 28-də rayon ərazisindəki gözəllik salonundan televizor və aptekdən noutbuk oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Bağırov saxlanılıb.
Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.