Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakinləri Ələddin Muradov, Orxan Məmmədov və Şamxal Həsənovun CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, bu ilin mart ayında qabaqcadan əlbir olan şəxslər Binəqədi rayonunda yaşayan Dilarə Əhmədovanın evinə basqın ediblər.
Yaşayış sahəsinə qanunsuz daxil olan şəxslər zərərçəkmişə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər və evdən 11376 manat dəyərində qızıl-zinət əşyaları ələ keçiriblər.
Məhkəmənin hökmü ilə Ə.Muradov 13 il 6 ay, O.Məmmədov 13 il və Ş.Həsənov 12 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.