Median.Az xəbər verir ki, Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyun ayı ərzində Gəncə şəhərində 2 avtomobildən 50 manat pul və maqnitofon oğurlayan şəhər sakini olan yeniyetmə saxlanılıb.
Bundan başqa, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 14-də rayon ərazisindəki mağazadan 1700 manat oğurlayan Kazımabad kənd sakinləri olan iki yeniyetmə saxlanılıblar.
Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.