Median.Az xəbər verir ki, Binəqədi RPİ 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, iyulun 13-də rayon ərazisindəki mağazadan 198 manat pul oğurlayan Abşeron rayon sakini R.Abdulov saxlanılıb.
Araşdırma zamanı onun, Bakı şəhər sakini K.Talıbovun mobil telefonunu dələduzluq yolu ilə ələ keçirməsi məlum olub.
Bundan başqa, Xətai RPİ 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, iyulun 14-də rayon ərazisindəki mağazadan 100 manat pul və spirtli içki oğurlayan Bakı şəhər sakini H.Məhəmmədov saxlanılıb.
Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.